ELM VƏ TƏHSİL


BDU-da metal nanonaqillərin sintezi və tətbiqi istiqamətində tədqiqatlar davam edir

Bakı, 2 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, əməkdaşların, tələbələrin və gənc tədqiqatçıların iştirak etdikləri seminarda Tədqiqat, İnkişaf və İnnovasiyalar Mərkəzinin Nanoaraşdırmalar ETL-in böyük elmi işçisi Sevinc Nuriyeva “Müxtəlif reaksiya parametrlərinin Ag gümüş nanonaqillərinin sintezi və xüsusiyyətlərinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.

Seminarda Ag nanonaqillərinin alınması üçün modifikasiya edilmiş poliol metodu, sintez edilən 1D nanoobyektlərin quruluşu və optik xüsusiyyətləri haqqında məlumat verilib, müxtəlif reaksiya parametrlərinin alınan məhsulların morfologiyası və strukturuna təsiri, habelə sintez olunmuş nanonaqillərin tətbiqi məsələləri üzrə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.