ELM VƏ TƏHSİL


BDU-nun müəllimi onlayn təlimi başa vuraraq sertifikata layiq görülüb

Bakı, 17 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Vəfa İsgəndərova “Coursera” platforması, Dövlət Məşğulluq Agentliyi və UNDP-nin (BMT-nin İnkişaf Proqramı) ABŞ universitetləri ilə birgə təşkil etdiyi onlayn təlimlərə qoşulub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, V.İsgəndərova Davis Kaliforniya Universitetinin keçirdiyi “Tableau” proqramı ilə vizuallaşmanın əsasları (Fundamentals of Visualization with Tableau) adlı dörd həftəlik təlimi uğurla başa vuraraq sertifikata layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.