CƏMİYYƏT
BEYNƏLXALQ NARKOMARŞRUTLAR AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏN KEÇİR
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildirmişlər ki, sessiyada BMT-nin Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə Komitəsinin icraçı direktoru, bu beynəlxalq təşkilatın baş katibinin müavini Antonio Maria Kosta narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı dünyada yaranmış vəziyyət barədə ətraflı məlumat vermişdir.
Komissiyanın işçi qrupunun rəhbəri İsrafil Əliyev həmin sessiyada çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan İranla sərhəddə 132 kilometr məsafədə torpaqlarımız nəzarətsizdir. Əfqanıstandan başlayan narkomarşrutların buradan keçdiyi, bu torpaqlarda narkotik vasitələr istehsal edildiyi indi heç kimdə şübhə doğurmur.
İ.Əliyev onu da demişdir ki, narkotiklərin qaçaqmalçılığına qarşı mübarizənin gücləndirilməsində Azərbaycan beynəlxalq təşkilatların maddi və mənəvi köməyinə ümid bəsləyir.