DÜNYA
BİR AİLƏDƏ BEŞ ÖLÜM
Martin 18-də səhər radələrində Korsikanin cənubundakı kiçik Serra di Sopemen kəndindəki yeganə barın 49 yaşlı sahibinin öz evinda intihar etməsi xəbərini almış polis hadisə yerinə gələrkən dəhşətli mənzərə ilə garşılaşmışdır. Barın sahibi anasını, dayısnı və həmin evdə gecələmiş yaxın gohumları olan bir gadını ov tüfəngindən açdığı atəşlə gətlə yetirmiş və sonra həmin tüfənglə özünü öldürmüşdür. Kənddən 2 kilometr aralıda elə həmin tüfənglə qətlə yetirilmiş ailəyə yaxın 39 yaşlı bir gadının meyidinin tapılmasi polisi müəmmalı hadisə ilə üzləşdirmişdir. Tədqiqat aparan polis faciənin ailə münaqişəsi zəminində baş verməsini ilkin fərziyyə kimi irəli sürmüşdür. Onun meyidinin yanındakı tüfəngi və yerdə atılıb qalmış gilizləri nəzərdən keçirdikdən sonar polis belə qənaətə gəlmişdir ki, qətl hadisəsini məhz barın sahibi törətmişdir.
Polis tərəfindan sorgu-sual edilmiş ailənin qohum va yaxınları bar sahibini sakit təbiətli, işgüzar bir adam oldugunu bildirmişlər.
Kənd sakinlərini tamam sarsıtmış bu gətl hadisəsi ilə bağlı polis tədqiqat işini davam etdirir.