İQTİSADİYYAT
BMT Baş katibinin xüsusi nümayəndəsi: Lazurit yolu terrorizmə qarşı mübarizəyə daha bir töhfədir
Bakı, 1 dekabr, AZƏRTAC
Tranzit və nəqliyyat əməkdaşlığı haqqında “Lapis-Lazuli” Sazişi regional sabitliyə əhəmiyyətli töhfədir və Əfqanıstanın iqtisadi inkişafını dəstəkləyir.
AZƏRTAC “ORIENT”ə istinadla xəbər verir ki, bunu BMT Baş katibinin Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi və Mərkəzi Asiya Ölkələri üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzin başçısı Natalya German “Lapis-Lazuli” tranzit dəhlizinin iştirakçısı olan ölkələrin nəqliyyat nazirlərinin “Avaza” Milli Turizm Zonasında keçirilən Beynəlxalq konfransının yekunlarını şərh edən zaman deyib.
“Lapis-Lazuli” Sazişi, həmçinin BMT Baş Məclisinin 9BM) dayanıqlı nəqliyyat üzrə təşəbbüslərini irəlilədir. Bu təşəbbüslər BMT BM-nin “Dayanıqlı inkişaf sahəsində məqsədlərə nail olmaq üçün bütün nəqliyyat növləri arasında əlaqələrin möhkəmləndirilməsi” Qətnaməsinin yerinə yetirilməsinə əhəmiyyətli töhfədir.
N.German əmindir ki, nəqliyyat və tranzit dəhlizlərinin yaradılması insan və malların daşınması çevikliyinin təmin edilməsi üçün daxili marşrutlarda, o cümlədən ictimai nəqliyyatda əlaqələrin yaxşılaşdırılmasına təsir göstərəcək. Malların istehsalından tutmuş onların Avropa bazarlarına çatdırılmasına qədər zəncirin bütün həlqələrində yeni iş yerləri terrorizm təhlükəsinə, habelə narkotiklərin istehsalı və yayılmasına qarşı qoyulacaq.
“Lapis-Lazuli” marşrutu üzrə Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransı (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) çərçivəsində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb.
Bu sənədin icrası regionun iqtisadi inteqrasiyasının genişlənməsinə və ticarət həcminin əhəmiyyətli dərəcədə artmasına xidmət edir. “Lapis-Lazuli” Beynəlxalq Nəqliyyat Dəhlizi həmin marş”rut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar açır.