DÜNYA


BMT KXDR-ə qarşı sanksiyalara əlavə istisnalar tətbiq edəcək

Bakı, 14 mart, AZƏRTAC

BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyalara humanitar layihələr üçün 5 istisna tətbiq olunması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, 6 ay müddətinə qüvvədə olacaq istisnalar beynəlxalq təşkilatların KXDR-ə humanitar yardımlar göstərməyinə, o cümlədən ərzaq və tibbi ləvazimatlar təchizatına imkan yaradacaq. Bununla da KXDR-ə tətbiq olunan sanksiyalara humanitar layihələr üçün verilən istisnaların sayı 20-yə çatıb.

Qeyd edək ki, BMT və müxtəlif dövlətlər nüvə-raket fəaliyyəti ilə əlaqədar Şimali Koreyaya sanksiyalar tətbiq edirlər. Həmin sanksiyalar humanitar fəaliyyəti qadağan etməsə də, bəzi materialların KXDR-ə göndərilməsini yasaqlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.