SİYASƏT


BMT-nin Dövlət Xidmətləri Forumu işini seminarlarla davam etdirib VİDEO

“Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi”

Bakı, 24 iyun, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu işini paralel seminarlarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, “Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi” mövzusunda keçirilən birinci seminarda inklüziv və bərabər xidmətlərin göstərilməsi məsələləri araşdırılıb.

Seminarda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib ki, uzun illərdir davamlı inkişaf edən Azərbaycan bu sahədə böyük təcrübə əldə edib. Kənd təsərrüfatı hazırda Azərbaycan Hökuməti üçün qabaqcıl sahələr sırasındadır. Yeni-yeni inkişaf üsullarını, müxtəlif dəstək mexanizmlərini tətbiq etməyə, hazırda vergidən azad olunmuş kənd təsərrüfatına subsidiyalar ayırmağa çalışırıq. Məqsədimiz kənd təsərrüfatını şəffaf, sadə, səmərəli hala gətirməkdir.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət xidmətlərində innovasiyalar bölməsinin direktoru Con-Meri Kauzya, Özəl Universitetlər Assosiasiyasının vitse-prezidenti Eko Sri Margianti, Ekseter Universitetinin Beynəlmiləlləşdirmə və inkişaf fakültəsinin dekan müavini Endryü Massey Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əsas rolun səmərəli şəkildə yerinə yetirilməsi məqsədilə dövlət xidmətlərinin hansı transformasiyanı keçməli olması, bu transformasiyanın necə həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Seminar “Heç kim kənarda qalmadan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün transformasiya”, "Transformasiyanı stimullaşdırmaq üçün nə lazımdır?" və "Transformasiya fəaliyyətdə" adlı sessiyalarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.