SİYASƏT


BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ekspert qrupunun üzvləri Gəncədə olublar

Gəncə, 22 avqust (AZƏRTAC, Sabir Əliyev). BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ekspert qrupunun üzvləri Gəncədə olublar.

AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ekspertləri Pavel Sulyandziqa və Pivan Selvanatan çıxış edərək inkişaf etməkdə olan ölkələrdə vətəndaş cəmiyyətinin rolu, iqtisadi-sosial və regional siyasət, insan hüquq və azadlıqlarının təşviqi və bu istiqamətdə qəbul olunmuş proqramların icrası, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dəstək və s. məsələlərlə bağlı fikirlərini açıqlayıblar. Onlar Gəncəyə səfərlərinin məqsədinin bu sahədə görülən işləri nəzərdən keçirmək olduğunu diqqətə çatdırıblar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ekspertləri maraqlandıran məsələlərə aydınlıq gətirib. Qeyd edib ki, Azərbaycanın hər yerində olduğu kimi, Gəncə də sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edir. İnsanların həyat şəraitinin yüksəldilməsi, onların sosial problemlərinin həlli Azərbaycan dövlətinin başçısının daim diqqət mərkəzindədir. Şəhərdə infrastrukturun yenilənməsi istiqamətində başlanan işlər sürətlə davam etdirilir. Artıq şəhərin su və kanalizasiya sistemləri yenidən qurulur. Qaz, enerji təchizatı, rabitə xidmətində əsaslı dönüş yaradılıb. Yeni evlər inşa olunur. Bütün bunların nəticəsidir ki, son bir neçə ildə əhalinin sayı xeyli artaraq 300 mini keçib. İnsanların işlə təminatı sahəsində də xeyli iş görülüb. Yeni müəssisələr istifadəyə verilib. Hazırda şəhərdə 5 yeni müəssisənin inşası üçün hazırlıq işləri gedir. Bu müəssisələrdə 15 min nəfərin işlə təmin olunacağı gözlənilir.

Ekspertlər görülən bütün işlərdən, xüsusilə qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən tədbirlərdən razı qaldıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.