İQTİSADİYYAT


BNA: Sərnişinlərdən ödəniş tələb edən sürücülər və daşıyıcılar cəzalandırılacaq

Bakı, 4 iyul, Elvin Camalov, AZƏRTAC

Sərnişinlərin daşınmasında ödəniş tələb edən sürücülər və sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlər cəzalandırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirilib ki, elektrik enerjisinin verilişində dayanıqlılıq olmadığından Bakı Metropoliteninin fəaliyyət göstərməməsi nəticəsində yaranan sərnişin sıxlığını aradan qaldırmaq üçün Bakı Nəqliyyat Agentliyi zəruri tədbirlər görür, daşıyıcı şirkətlər qarşısında tələblər qoyur. Həmçinin sərnişinlərin ödənişsiz daşınması ilə bağlı daşıyıcılara məlumat verilib. Mövcud vəziyyətdə sərnişindaşıma prosesinin həyata keçirilməsinə maneə yaradan, qoyulan tapşırıqları yerinə yetirməyən, yalnız biznes maraqları güdən şəxslər barəsində ciddi tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.