DÜNYA


BP şirkəti Misirə daha çox sərmayə yatıracaq

Qahirə, 11 fevral, AZƏRTAC

Misirin Baş naziri Mustafa Madbuli neft və qaz hasilatı sahəsində ən iri şirkətlərdən biri olan BP-nin başçısı Bob Dadli ilə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.

AZƏRTAC xəbər verir ki, Misir hökumətinin başçısı son illər hətta ən ağır şəraitdə Britaniya şirkətinin Misir bazarında iştirak etməyə çalışmasını yüksək qiymətləndirib.

Bob Dadli onun şirkətinin Misirlə əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu vurğulayaraq qeyd edib ki, Misir BP-nin son iki ildə sərmayə yatırdığı ən böyük ölkədir. O bildirib ki, BP Misir energetikasının müxtəlif perspektivli sektorlarına daha çox sərmayə yatırmağa davam edəcək. Şirkət bu ölkənin neft-qaz sektoruna 1,8 milyard dollar sərmayə qoymaq niyyətindədir.

Baş nazir Mustafa Madbuli görüşün sonunda əmin edib ki, Misir hökuməti şirkətin fəaliyyətinə hərtərəfli yardım göstərməyə hazırdır və iş prosesində yaranan maneələri aradan qaldırmağa hər cür səy göstərəcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.