İDMAN


Badmintonçularımız beynəlxalq reytinq cədvəlində irəliləyiblər

Bakı, 30 noyabr, AZƏRTAC

Beynəlxalq Badminton Federasiyasının yeni reytinq cədvəli açıqlanıb.

AZƏRTAC xəbər verir ki, cədvəldə 7 pillə irəliləyən Edi Reski Dviçayo 18 min 500 xalla 92-ci sıradadır.

Reytinqdə ən çox irəliləyən badmintonçular arasında təmsilçimiz Ezmi Qovimuramadhoni də var. İyirmi bir pillə irəliləyən Ezmi 185-ci sırada qərarlaşıb. Badmintonçumuzun aktivində 8 min 950 reytinq xalı var.

Badmintonçularımızın kişilərin qoşa yarışları üzrə reytinq cədvəlində də dəyişiklik baş verib. Mövqeyini 4 pillə yaxşılaşdıran Edi Reski Dviçayo - Ezmi Qovimuradhoni tandemi 76-cı sıradadır. Badmintonçularımızın aktivində 17 min 990 reytinq xalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.