DÜNYA


Bağdad yaxınlığında partlayış: azı 8 nəfər həlak olub, 30 nəfər yaralanıb

Bakı, 16 may, AZƏRTAC

İraqın paytaxtına yaxın rayonların birində baş verən partlayış nəticəsində azı 8 nəfər həlak olub, 30-dan çox insan isə xəsarət alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident Bağdaddan 50 kilometr şimalda yerləşən Tarmiyyə yaşayış məntəqəsində qeydə alınıb. Burada kamikadze dəfn mərasimi zamanı partlayıcı qurğunu işə salıb.

Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hələlik hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.