İQTİSADİYYAT
“Bakcell”in yeni müştəri xidməti mərkəzləri açılıb
Bakı, 24 sentyabr (AZƏRTAC). Sentyabrın 24-də Bakıda “Bakcell” şirkətinin daha iki yeni Müştəri Xidmətləri Mərkəzi açılıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında, Sahil Bağının yanında yerləşən mərkəzlərdən biri “Gold” tarifində olan istifadəçilər üçün nəzərdə tutulub. Burada “Bakcell”in korporativ abonentlərinə tam çeşiddə xidmətlər təqdim olunacaq.
Şirkətin əvvəllər Nizami küçəsi, 123 ünvanında yerləşən Müştəri Xidməti Mərkəzi isə yenidən qurulan mərkəzə köçürülüb. Bura müraciət edən müştərilər üçün sürpriz hazırlanıb. Açılışdan sonrakı 7 gün ərzində mərkəzə gələn hər yüzüncü abonentə yeni “Alov” smartfonu hədiyyə olunacaq.
Qeyd edək ki, “Bakcell”in 300-dən artıq pərakəndə satış nöqtəsi, həmçinin paytaxt və bölgələrdə 30-dək Müştəri Xidmətləri Mərkəzi fəaliyyət göstərir.