İDMAN


“Bakı 2019”un basketbol yarışlarının üçüncü günündə qrup mərhələsinə yekun vurulacaq

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarının üçüncü günündə qrup mərhələsinin sonuncu turuna start verilib.

AZƏRTAC xəbər verir ki, günün birinci oyununda oğlanların yarışında B qrupunda yer alan Türkiyə və Yunanıstan basketbolçuları üz-üzə gəliblər. Paralel keçən digər oyunda isə qızların yarışının B qrupunda çıxış edən Türkiyə və Polşa basketbolçuları qarşılaşırlar.

Gün ərzində oğlanların yarışında saat 16:00-da Litva-İspaniya (B qrupu), 18:15-də Fransa-Serbiya, 20:30-da isə Azərbaycan-Xorvatiya (hər ikisi A qrupu) görüşləri start götürəcək.

Qızların yarışında isə saat 16:00-da B qrupunda yer alan Polşa və Çexiya seçmələri üz-üzə gələcəklər. Saat 18:15-də və 20:30-da A qrupundakı komandalar meydana çıxacaqlar. Əvvəlcə Fransa-Rusiya, sonra isə Belçika-İtaliya görüşləri oynanılacaq.

Qeyd edək ki, iki turdan sonra oğlanların yarışında A qrupunda Serbiya və Fransa seçmələri aktivlərinə 4, Azərbaycan və Xorvatiya milliləri isə 2 xal yazdırıblar. B qrupuna 4 xalla İspaniya seçməsi başçılıq edir. Türkiyə və Litvanın 3 xalı var. Yunanıstan isə 2 xalla sonuncu pillədədir.

Qızların yarışında isə A qrupunda Fransa və Rusiya millilərinin 4, Belçika və İtaliya seçmələrinin 2 xalı var. B qrupunda Çexiya seçməsi 4, Macarıstan və Polşa komandaları 3, Türkiyə millisi isə 2 xal toplayıb.

Festivalda qızların yarışı Avropa Azərbaycan Məktəbində, oğlanların yarışı isə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.