ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində birinci kurs tələbələri üçün Oriyentasiya proqramı keçirilir

Bakı, 19 fevral, AZƏRTAC

Bakı Ali Neft Məktəbinə (BANM) cari tədris ilində qəbul olmuş I kurs tələbələri üçün Oriyentasiya proqramının keçirilməsinə başlanılıb.

Bu münasibətlə İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri üçün keçirilən görüşdə BANM-in rektoru Elmar Qasımov, ali məktəbin müxtəlif şöbələrinin məsul əməkdaşları və yeni qəbul olmuş tələbələr, onların valideynləri iştirak ediblər.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, təlimin açılışında rektor E.Qasımov bu il ali məktəbə qəbul olmuş Hazırlıq ilinin (“Foundation”) tələbələrinə təhsil müəssisəsinin uğurları, göstəriciləri və məzunları, eyni zamanda, təlim-tədris prosesi haqqında ətraflı məlumat verib.

SOCAR və BANM-in inkişaf yolu, infrastrukturu barədə geniş təqdimatdan sonra ali məktəb haqqında videoçarx nümayiş olunub.

Görüş zamanı “Foundation” ilinin tədris proqramı üzrə ingilis dili, informasiya-kommunikasiya texnologiyalarının (İKT) mühəndislikdə tətbiqi və tədris prosesinin təşkili, tələbələrin riayət etməli olduqları daxili intizam, imtahan qaydaları, ERASMUS+ proqramı və s. barədə də təqdimatlar keçirilib.

Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasının məzunu, hazırda “Halliburton” şirkətində quyunun tamamlanması üzrə mühəndis işləyən Ülkər Almuradova, neft-qaz mühəndisliyi ixtisasının məzunu, “Shlumberger” şirkətinin sahə mühəndisi Münəvvər Salmanova tələbəlik illərindəki xatirələrini və uğur hekayələrini bölüşüblər.

BANM-in Tələbə Gənclər Təşkilatının sədri Lalə İsmayılzadə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nəriman Tağızadə, Neft Mühəndisləri Cəmiyyətinin BANM üzrə bölmə rəhbəri Rəşad Əhmədov, Kəşfiyyat Geofizikləri Cəmiyyətinin (SEG) rəhbəri Ramil Əmirli təmsil etdikləri tələbə təşkilatları və klublar haqqında təqdimatla çıxış ediblər. Tədbirdə Elmar Qasımov tələbə biletlərini də təqdim edib.

Görüşün sonunda hər tələbəyə “Tələbələr üçün əl kitabı” paylanılıb.

Tələbələr və valideynlər üçün BANM-in Bibiheybətdə yerləşən əsas tədris korpusuna tanışlıq turu təşkil edilib. Tur çərçivəsində tədris auditoriyaları, laboratoriyalar, Kitab evi, Neft muzeyi, İdman kompleksi və Tələbə evi ilə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.