ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin daha 8 tələbəsi “Baker Hughes, a GE Company” şirkətində təcrübə keçəcək

Bakı, 25 iyun, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) nüfuzlu beynəlxalq neft-qaz şirkəti olan “Baker Hughes, a GE company” nümayəndələri ilə görüş keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər şirkətdə təcrübəyə seçilmiş tələbələrin istehsalat prosesi zamanı göstərdikləri perfomanslar və əməkdaşlığın daha da genişləndirilməsi üzrə müzakirə aparıblar. BANM-in rektoru Elmar Qasımov ali məktəbin tələbə və məzunlarını diqqətdə saxladıqlarına və yaratdıqları yüksəksəviyyəli şəraitə görə şirkətin nümayəndələrinə təşəkkürünü bildirib.

“Baker Hughes, a GE Company” şirkətinin Rusiyanın Xəzər regionunda neft xidmətləri üzrə vitse-prezidenti Mahmud Kassem iş prosesi zamanı BANM məzunlarının səviyyəsindən məmnun qaldığını, onların kifayət qədər peşəkar kadr olduğunu bildirib. O, şirkətdə bu il istehsalat təcrübəsi üçün ali məktəbin daha 8 tələbəsinə yer ayrıldığını diqqətə çatdırıb.

Şirkətin rəhbəri yüksəksəviyyəli kadrlar yetişdirdiyinə görə BANM rəhbərliyi və professor-müəllim heyətinə təşəkkür edib.

Rektor Elmar Qasımov bu əməkdaşlığın davamlı olacağını vurğulayıb.

Sonda qonaqlarla xatirə şəkli çəkilib.

“Baker Hughes, a GE company” dünyanın nüfuzlu neft-qaz şirkətlərindən sayılır. Şirkət əsasən çoxşaxəli neft və mədən məhsulları, xidmətləri və rəqəmsal həlləri üzrə dünyanın ilk və yeganə tam təchizatçısıdır.

2015-ci ildən “Baker Hughes, a GE company” ilə qurulmuş yüksək əməkdaşlıq nəticəsində şirkətdə Ali Neft Məktəbi tələbələrinin istehsalat təcrübəsi təşkil edilir, daha sonra məzunlar işlə təmin olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.