ELM VƏ TƏHSİL


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan dərslik MEK-ə təqdim edilib

Bakı, 30 noyabr, AZƏRTAC 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən “Azerbaijani multiculturalism” adlı ingilis dilində dərslik təqdim olunub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ali təhsil müəssisələrində keçirilən “Azərbaycan multikulturalizmi” fənninin dünyanın nüfuzlu universitetlərində uğurlu tədrisini həyata keçirmək məqsədilə eyniadlı dərslik Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ingilis dilinə tərcümə edilərək nəşr olunub.

“Şərq-Qərb” nəşriyyatında çap edilən dərsliyin müəllifləri akademik Kamal Abdulla və Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovdur.

Dərslik kitabxananın elektron kataloqunda qeyd olunaraq MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.