ELM VƏ TƏHSİL


Bakı Biznes Universitetində “Rəqəmsal iqtisadiyyat: Azərbaycan yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda onlayn beynəlxalq elmi–praktik konfrans keçirilib

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də Bakı Biznes Universitetində torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən tarixi qələbəyə həsr olunmuş “Rəqəmsal iqtisadiyyat: Azərbaycan yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda onlayn beynəlxalq elmi–praktik konfrans keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali təhsil müəssisəsinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov tədbiri açaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə konfrans iştirakçılarını təbrik edib. Daha sonra o, konfransın aktuallığı, məqsədi və müzakirə olunacaq məsələlərdən qısa şəkildə bəhs edərək konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə İngiltərə, İtaliya, Polşa, Ukrayna, Bolqarıstan və Rusiyadan tanınmış alim-tədqiqatçılar iştirak ediblər. Konfrans müddətində ölkəmizin tanınmış iqtisadçı alimləri - AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadə, İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov), professor Akif Musayev, iqtisad elmləri doktoru, professor Səlim Müslümov, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Azərbaycan Dövlət İqtisad Universitetinin elm və innovasiyalar üzrə prorektoru, iqtisad elmləri doktoru, professor Sakit Yaqubov, iqtisad elmləri doktoru, professor İslam İbrahimov və digər ölkələrdən iştirak edən alimlər mövzu ətrafında maraqlı məruzələrlə çıxış ediblər. Plenar iclasdan sonra konfrans doktorant və magistrantların da iştirakı ilə 3 seksiya üzrə onlayn formatda öz işini davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.