ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti Ermənistanın Azərbaycana qarşı beynəlxalq cinayətləri barədə müraciət yayımlayıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin nəzdində fəaliyyət göstərən “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası bu beynəlxalq təşkilatın şəbəkəsində mövcud bütün kafedralara, əksər nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarına, dünyada insan hüquqları sahəsində ixtisaslaşmış və tədqiqatlar aparan qurumlara, elm-tədris müəssisələrinə, alimlərə və tədqiqatçılara (1200-dən çox ünvana) müraciət göndəribdir.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, müraciəti kafedranın 46 professor müəllim-heyəti adından həmin kafedranın müdiri, hüquq elmləri doktoru, professor Əmir Əliyev imzalayıb.

Müraciətdə Ermənistanın Azərbaycana qarşı bu gün də davam edən beynəlxalq cinayətlər sistemi barədə geniş məlumat verilir. Beynəlxalq cəmiyyət Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməklə öz qanunsuz əməllərindən əl çəkməyə ciddi təsir etmələrinə, bu işdə məsuliyyətli olan Ermənistan rəhbərliyinin beynəlxalq hüquqla ciddi cəzalanmasına və regionda sülhün bərqərar olmasına dəstək verilməsinə çağırılır. ‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.