ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti: Ötən gün 5776 tələbə imtahan verib
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası onlayn formatda davam edir.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, ötən gün 273 qrup üzrə 5567 tələbə (498 nəfəri “SABAH” qrupu olmaqla) imtahan verib. Magistratura səviyyəsində 53 ixtisaslaşmada 30 fənn üzrə 209 nəfər imtahan verib. BDU-nun Qazax filialında isə 314 tələbə imtahanlarda iştirak edib.
İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edir.
İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və “Qaynar xətt” yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Apellyasiya Komissiyası fəaliyyət göstərir.
Sessiya iyulun 2-dək gün ərzində iki növbədə onlayn formatda davam edəcək.