ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində Müqayisəli Hüquq Araşdırmaları Mərkəzi yaradılacaq

Bakı, 11 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Müqayisəli Hüquq Araşdırmaları Mərkəzi yaradılacaq.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, Mərkəzin yaradılması Bakı Dövlət Universitetinin Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti ilə ikili diplom proqramları sistemində mövcud əlaqələrinin genişləndirilməsi məqsədini daşıyır. Birgə fəaliyyətin innovativliyini nəzərdə tutan Mərkəz BDU ilə Almaniyanın nüfuzlu hüquq məktəbləri arasında əlaqələrinin və ikili diplom proqramlarının miqyasını genişləndirəcək, birgə doktorant, magistr hazırlığını daha da gücləndirərək, elmi mübadiləni inkişaf etdirəcək. Həmçinin Mərkəzdə magistr və doktorantların tədqiqat imkanlarının genişləndirilməsi, tədqiqat fəaliyyətlərinin təkmilləşdirilməsi kimi məsələlərin reallaşdırılması nəzərdə tutulur.

Müqayisəli Hüquq Araşdırmaları Mərkəzinin yaradılması ilə bağlı təklifi Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti verib. Mərkəzin müvafiq kitab və avadanlıqlarla təchizi və digər texniki təminatı Halle-Vittenberq Universiteti tərəfindən həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.