ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin tələbələri Dövlət Bayrağı Günü ilə əlaqədar yürüş ediblər

Bakı, 9 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar universitetin ərazisində yürüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tələbələr şanlı tarix yolu keçmiş üçrəngli bayrağımız ilə universitetin həyətində yürüş ediblər. Aksiyanın keçirilməsində əsas məqsəd vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlət bayrağına sevgi və hörmətin aşılanması olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycan Respublikasının dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsi nəzərə alınaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.