İQTİSADİYYAT


Bakı mehriban, qonaqpərvər və siması sürətlə dəyişən küləklər şəhəridir

“National geographic traveler” jurnalının növbəti nömrəsinin üzqabığında Heydər Əliyev Mərkəzinin şəkli verilib

Moskva, 27 noyabr, AZƏRTAC

“Mehriban, qonaqpərvər və siması sürətlə dəyişən küləklər şəhəri - Bakı uzun sürən istirahət günlərini maraqlı keçirmək üçün ideal yerdir”. “National geographic traveler” jurnalının növbəti nömrəsində Azərbaycan haqqında dərc edilmiş yazı bu sözlərlə başlayır.

AZƏRTAC xəbər verir ki, jurnalın yeni nömrəsində, “Bələdçi” rubrikasında Azərbaycanın tanınmış jurnalistləri, mədəniyyət xadimləri, turizm sənayesi işçiləri havasını dəyişmək üçün bir neçə günlüyə Bakıya gələn insanların burada necə istirahət edə biləcəkləri barədə fikirlərini oxucularla bölüşüblər.

Jurnalın baş redaktoru Olqa Yakovleva “Vestnik Kavkaza” agentliyinə müsahibəsində deyib ki, jurnalın növbəti nömrəsinin üzqabığında Bakıdakı Heydər Əliyev Mərkəzinin şəkli verilib, habelə insayderlər və şəhəri tanıyanlar Bakını tanımaq üçün bələdçilik ediblər. O deyib: “Bu, onu göstərir ki, insanlar bu yerlərə getməyi, biz isə bu yerlər barədə yazmağı sevirik. Azərbaycanda o qədər unikal imkanlar var ki! Bakının özünə gəldikdə isə bu şəhər qədim İçərişəhərlə müasir və həqiqətən unikal arxitekturanın ağlasığmaz vəhdətindən ibarətdir. Zaha Hadid və başqa məşhur arxitektorlar tərəfindən layihələndirilən müasir binalar şəhərin simasını çox dəyişib. Bakı hələ də dəyişir. Hər dəfə sanki yeni şəhərə gəlirsən. Ecazkar təbiətin qoynuna səyahət etmək üçün misilsiz imkanlar var. Azərbaycan təbiətinin özü qeyri-adidir. SPA (su, dəniz yosunları, müalicəvi bitkilər və palçığın köməyi ilə sağlamlaşdırma prosedurları kompleksi) baxımından Naftalan kurortlarının tayı-bərabəri yoxdur. Dağ-xizək turizmi inkişaf edir. Mən hələ Azərbaycan mətbəxini demirəm!”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.