ELM VƏ TƏHSİL


Bakı məktəblərində bayram tədbirləri

Bakı, 30 dekabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri təşkil olunub.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, təhsil müəssisələrində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri hazırlanıb.

Tədbirlərdə BŞTİ-nin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllim, şagird, valideyn və digər qonaqlar iştirak ediblər.

Bayram tədbirlərində məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Həmrəylik Gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.

Tədbirlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş videoçarxlar nümayiş olunub. Şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.