İDMAN


Bakıda 16 yaşadək şahmatçılar arasında beynəlxalq reytinq turniri başa çatıb

Bakı, 23 yanvar, AZƏRTAC 

Respublika Şahmat Mərkəzində 16 yaşadək (2003-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçılar arasında beynəlxalq reytinq turniri başa çatıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülovun AZƏRTAC-a verdiyi məlumata görə, turnirdə 43 şahmatçı (onlardan 4-ü qızdır) birincilik uğrunda mübarizə aparıb. İsveçrə sistemi üzrə keçirilən yarışda yekun nəticəyə görə, birinci yeri 8,5 xalla Ayxan Mustafayev tutub. İkinci yerə 7 xalla Aqil İsrailov layiq görülüb. Üçüncü yerə isə 6,5 xalla (əmsal 53,5) Rüfət Əbdülbağıyev sahib olub.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə şahmatçıların idman ustalıqlarının artırılmasında, həmçinin onların erkən yaşlardan beynəlxalq reytinqə yiyələnməsində bu yarışın xüsusi rolunu vurğulayıb, qaliblərə və iştirakçılara gələcək yarışlarda uğurlar arzulayıblar.

Turnirdə ilk üç yeri tutmuş idmançılar, o cümlədən 6,5 xalla (əmsal 51,5) dördüncü yerə sahib olmuş Təbriz Nurəhməd və 6 xalla beşinci yerə layiq görülmüş (əmsal 50,5) İlkin Məmmədli müvafiq dərəcəli diplom, medal və pul mükafatları ilə təltif olunublar. Qızlar arasında ən yaxşı nəticə göstərmiş Zəhra İsrafilzadəyə (5 xal) Azərbaycan Şahmat Federasiyası tərəfindən hazırlanmış şahmat kitabı hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.