MƏDƏNİYYƏT
Amerika Film Festivalı “İnsan ruhunun qüdrəti”
Bakı, 26 aprel, AZƏRTAC
ABŞ-ın Azərbaycandakı səfirliyi “Park Cinema” ilə əməkdaşlıq edərək, Bakıda ilk “Amerika Film Festivalı”na sponsorluq etməkdən məmnundur.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, bütün filmlər mayın 1-5-də “Park Cinema Fleym Touers”də nümayiş olunacaq və “İnsan ruhunun qüdrəti”ni nümayiş etdirəcək.
“Aydakı Adam”, “Yaraşıqlı oğlan”, “Yaşıl kitab”, “Sevgi ilə, Saymon” və “Bir ulduz doğulur” kimi beş əlamətdar və müxtəlif filmlər rus dilində altyazı ilə ingilis dilində nümayiş olunacaq. Biletlərin hər biri 2 manatdır. Biletləri www.parkcinema.az saytından və “Park Cinema” kassalarından əldə etmək olar.
ABŞ-ın Azərbaycandakı səfirliyi “Park Cinema”ya təşəkkürünü bildirərək Azərbaycan ictimaiyyətini mükafat qazanan Amerika filmlərinə baxmağa dəvət edir.
“Amerika Film Festivalı” barədə daha ətraflı məlumatı ABŞ-n Azərbaycandakı səfirliyinin feysbuk səhifəsinə: www.facebook.com/baku.usembassy ; https://www.facebook.com/watch/?v=2085694978401032
və yaxud “Park Cinema”nın rəsmi veb-saytına: www.parkcinema.az müraciət edərək əldə etmək olar.