SİYASƏT


Bakıda Azərbaycan və Böyük Britaniya hərbi orkestrlərinin birgə nümunəvi çıxışları təşkil ediləcək

Bakı, 12 iyun, AZƏRTAC 

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestri növbəti dəfə ölkəmizə səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində iyunun 13-də saat 18:30-da Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları təşkil ediləcək.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar səsləndirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.