Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” mövzusunda “dəyirmi masa” keçirilib

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, bir sıra dövlət strukturlarının məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri və elm xadimləri, QHT-lərin, siyasi partiyaların, MDB PAA-nın və TÜRK PA-nın, MDB PAA DİMBİ-nin Kişineu və Bişkek filiallarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən MDB PAA DİMBİ-nin Bakı filialının direktoru Elman İmaməliyev bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu mövzusu həmişə aktual olub, bu gün də aktuallığını saxlayır. Bildirilib ki, qadınlar Azərbaycanın dövlətçilik tarixində, ölkənin inkişafında, ictimai-siyasi mühitinin formalaşmasında xüsusi yer tuturlar. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına və həyat təcrübəsinə bələd idi. Məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra ölkəmizdə qadın hərəkatı daha da genişlənib. Bu sahə ilə bağlı çoxsaylı tədqiqatlar aparılıb, mühüm addımlar atılıb.

MDB Parlamentlərarası Assambleyasının baş katibi Yuri Osipovun tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyan bu qurumun baş katibinin müavini, Milli Məclisin Rusiyadakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov müasir cəmiyyətimizdə qadınların rolunun getdikcə daha da artdığını vurğulayıb.

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun direktor müavini Sergey Karavayev hələ 100 il əvvəl Azərbaycanda qadınlara verilən hüquqları yüksək qiymətləndirib, bunu Azərbaycan cəmiyyətinin demokratik inkişafının təzahürü kimi dəyərləndirib.

Milli Məclisin deputatı Kamilə Əliyeva tədbirdə çıxış edərək qeyd edib ki, bu gün Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, yaradılan imkanlardan səmərəli istifadə edirlər. Onlar sərbəst təhsil alır, peşə biliklərini artırır, müxtəlif sahələrdə səmərəli fəaliyyət göstərirlər. Bu gün Azərbaycan qadınlarının uğurları, onların müasir cəmiyyətdəki mövqeyi əvvəlki nəsillərin zəhmətinin nəticəsi, gözəl ənənələrin davamıdır. Qadınlarımız xalqımıza xas olan milli xüsusiyyətləri, etik norma və davranışları qoruyub saxlamağa çalışırlar.

“Bu gün Azərbaycan qadını haqqında danışanda, ilk növbədə, ölkənin Birinci-vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı xüsusi qeyd etmək lazımdır. Mehriban Əliyeva fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatına, siyasətinə, mədəniyyətinə, təhsilinə, səhiyyəsinə töhfələr verir”, - deyə K.Əliyeva bildirib.

Milli Məclisin deputatı Ülviyyə Ağayeva qeyd edib ki, müasir dövrdə gender məsələlərinə xüsusi diqqət yetirildiyi bir zamanda Azərbaycan qadınlarının cəmiyyətin həyatında fəal iştirak etməsi üçün ölkəmizdə geniş imkanlar mövcuddur. Bu gün Azərbaycan qadınları ölkədə baş verən ictimai-siyasi proseslərdə yaxından iştirak edirlər. Qadınlarımız ölkədə həyata keçirilən mühüm layihələrdə çalışırlar.

“Dəyirmi masa”da çıxış edən Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, ulu öndər Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi dövründə qadınların respublikanın ictimai-siyasi, sosial və mədəni həyatındakı rolu və əhəmiyyəti xeyli artdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra da ölkəmizdə qadın və gender siyasəti davam etdirilib. Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı qazanıb. Diqqətə çatdırılıb ki, 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb və Azərbaycan Respublikası Prezidenti “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam imzalayıb. Bu, ölkəmizdə gender siyasətinə verilən önəmin göstəricisidir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Rüfət Quliyev, Pərvin Kərimzadə, Milli Məclisin sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova qadınların cəmiyyətdə nüfuzunun artması, onların ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsi istiqamətində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərdən danışıblar.

Tədbirdə gender bərabərliyinin təmin olunması üzrə Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən qəbul və ratifikasiya edilən sənədlər, dövlət proqramları və onların nəticələri, qadınların ölkəmizin ictimai-siyasi həyatında iştirakının səciyyəvi xüsusiyyətləri və digər istiqamətlər üzrə müzakirələr aparılıb. Həmçinin tədbirə qatılan beynəlxalq təşkilatların nümayəndələri təmsil etdikləri qurumların gender əlaqəli fəaliyyətinə dair təcrübələrini paylaşıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ