Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb [YENİLƏNİB] VİDEO

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının, həmçinin 2030-cu ilədək yeni Dayanıqlı İnkişaf Məqsədlərini (DİM-lər) özündə ehtiva edən Dayanıqlı İnkişaf Gündəliyinin icrasını dəstəkləmək məqsədilə 2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə (UNAPF) sənədi imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai imzalayıblar.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Ş.Mustafayev Çərçivə Sənədi hazırlanarkən milli, inkişaf məsələləri üzrə beynəlxalq tərəfdaşlarla, özəl sektor, vətəndaş cəmiyyəti və elm ictimaiyyətinin nümayəndələri ilə strateji sahələrin müəyyənləşdirilməsi üzrə müzakirələrin keçirildiyini qeyd edib. Nazir UNAPF-ın Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə təsdiq edilmiş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ifadə olunmuş məqsədlərə əsaslandığını vurğulayıb. Bildirib ki, strateji çərçivə sənədi üç sahəni - artan şaxələndirilmə və layiqli əməyi özündə ehtiva edən dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi, institusional potensialın gücləndirilməsi, səmərəli ictimai və sosial xidmətlər, ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılığın artırılması üzrə dəstək tədbirlərini nəzərdə tutur.

Ş.Mustafayev, həmçinin Azərbaycan-BMT əlaqələrindən danışaraq mühüm hadisə kimi ölkəmizin 2011-ci ildə 2 illik müddətə BMT-nin ali qurumu olan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini qeyd edib.

İqtisadiyyat naziri çıxışında Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il ərzində Ermənistan-Azərbaycan münaqişəsinə dair 4 qətnamənin qəbul olunduğunu, qətnamələrdə Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələblərinin irəli sürüldüyünü, lakin məlum qətnamələrin müddəalarının indiyədək yerinə yetirilmədiyini diqqətə çatdırıb.

Nazir sənəddə nəzərdə tutulan strateji fəaliyyət sahələri üzrə iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı artımı və gənclər, qadınlar, əlilliyi olan insanlar və digər həssas qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsinə şəraitin yaradılması istiqamətində tədbirlərin görüləcəyini vurğulayıb: “UNAPF-da, həmçinin keyfiyyətli dövlət və sosial xidmətlərin hamı üçün əlçatan olması, habelə ətraf mühit və təbii resursların idarə olunması, enerji səmərəliliyi və bərpa olunan enerji, iqlim dəyişikliyi, risk və təbii fəlakətlərə qarşı dayanıqlılıq və sair məsələləri əksini tapıb”.

Qeyd edib ki, Çərçivə Sənədində inklüzivliyə, elektron xidmətlərinin genişləndirilməsinə, sənaye zonaları və məhəllələrinin yaradılmasına, kənd təsərrüfatı, turizm və sair sahələrinin inkişafına, cəmiyyətdə gənclərin rolunun artırılmasına, gender bərabərliyinə, milli statistikanın təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilib. UNAPF üzrə aparılan işlər hazırkı iqtisadi şəraitdə yeni iqtisadi modelə keçməkdə, təkan verməkdə yardımçı olacaq, bu istiqamətdə islahatların aparılmasına dəstək göstərəcək.

"İmzalanan BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi növbəti beş ildə ölkəmizin hərtərəfli, dayanıqlı inkişafına və beynəlxalq qurumlarla keçirəcəyimiz birgə fəaliyyətə öz töhfəsini verəcək", - deyə Ş.Mustafayev bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Azərbaycanın BMT və bu mötəbər təşkilatın qurumları ilə səmərəli əməkdaşlığını qeyd edib, sənəddən irəli gələn vəzifələr barədə məlumat verib. O, Çərçivə Sənədində nəzərdə tutulan istiqamətlərin "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə uzlaşdırıldığını vurğulayıb.

"UNAPF 2015-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf üzrə BMT Zirvə Görüşündə 192 üzv ölkə ilə yanaşı, Azərbaycanın da rəsmən təsdiq etdiyi 2030-cu ilədək yeni Dayanıqlı İnkişaf Məqsədlərini özündə ehtiva edən Dayanıqlı İnkişaf Gündəliyinin icrasında hökuməti dəstəkləmək üçün həm də BMT-nin müştərək öhdəliyidir", - deyə Q.İsakzai vurğulayıb.

Milli Məclisin sədrinin müavini Bahar Muradova Azərbaycan-BMT arasında uğurlu əlaqələrdən danışaraq əməkdaşlığın istiqamətləri barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan son illər ərzində çox böyük iqtisadi inkişaf yolu keçir.

“Bütün inkişaf etməkdə olan və inkişaf yoluna qədəm qoymuş ölkələr problemlər və çətinliklərlə üzləşir, eyni zamanda, nailiyyətlər əldə edir. Hesab edirəm ki, bu sənəd bütün bu proseslərdə Azərbaycanın üzləşdiyi və üzləşə biləcəyi problemləri, çətinlikləri nəzərə alaraq vəzifələri müəyyən edir”, - deyə B.Muradova əlavə edib.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxışında Azərbaycanın BMT ilə digər sahələrlə yanaşı, mədəniyyət və turizm sahəsində də əməkdaşlıq etdiyini deyib. 2017-ci ilin BMT-də Davamlı turizm ili elan olunduğunu vurğulayan Ə.Qarayev turizm təhsili sahəsində BMT qurumları ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Nazir deyib ki, imzalanan sənəd Azərbaycan hökuməti və bu qurum arasında daha geniş əməkdaşlığın, səmərəli işlərin görülməsinə əsas verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə gender bərabərliyi və bu sahədə əlaqələrin genişləndirilməsi məsələləri barədə fikirlərini bildirib. "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT ilə çox güclü əməkdaşlığı mövcuddur ", - deyə H.Hüseynova vurğulayıb.

Çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan-BMT qurumları arasında iqtisadi əməkdaşlıq haqqında danışaraq Çərçivə Sənədinin əhəmiyyətini diqqətə çatdırıb.

BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Nato Alhazişvili milli inkişaf prioritetləri və 2016-2020-ci illər üçün UNAPF-ın Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış strateji sahələri barədə təqdimatla çıxış edib.

Bakıda BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək