Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda konfrans VİDEO

Bakı, 12 sentyabr (AZƏRTAC, Məhərrəm Əlioğlu). Sentyabrın 12-də Bakıda, “Jumeirah Bilgah Beach” otelində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi “ADEX 2014” çərçivəsində keçirilən konfransda yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri iştirak ediblər.

Müasir hərbi-texniki siyasət üzrə aktual məsələlərin müzakirə olunduğu konfransda Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov çıxış edərək respublikamızın son illər beynəlxalq aləmdə qazandığı uğurlardan söhbət açıb. Bildirib ki, bu uğurlar onu deməyə əsas verir ki, artıq Azərbaycan bütün sahələrdə davamlı inkişafa nail olub. Bakıda keçirilən beynəlxalq sərgidə dünyanın 34 ölkəsindən 200-dən çox şirkət və rəsmi heyət iştirak edir. Sərgidə xeyli sayda ölkənin şirkət və özəl qurumlarının iştirak etməsi onu göstərir ki, 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi qısa müddətdə hərbi-texniki əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb. Hazırda dünyanın 34 ölkəsinin hərbi-sənaye kompleksi və digər aidiyyəti qurumları ilə uğurlu əməkdaşlıq əlaqələri yaratmağa nail olmuşuq. Ümidvaram ki, sərginin keçirildiyi müddətdə tərəfdaşlarımızın sayı daha da artacaq.

Nazir diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan Respublikası müstəqilliyini əldə etdiyi illərdən bu günədək uğurlu inkişaf yolu keçib. Xüsusilə son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində respublikada siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar əldə edilib. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması və ölkədə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin nazirliyə tabe edilməsi Azərbaycanda müdafiə sənayesinin inkişafına böyük təkan verib. Ötən müddətdə biz yeni və müasir istehsal sahələri yaradaraq davamlı inkişafa nail olmuşuq. Eyni zamanda, hərbi-texniki əməkdaşlıq sahəsinə də xüsusi diqqət yetirməklə müxtəlif beynəlxalq şirkətlərlə uğurlu əməkdaşlıq əlaqələri yaratmışıq.

Nazir xüsusi vurğulayıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Respublikamızın müharibə şəraitində olması nəzərə alınaraq Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri məhz Müdafiə Sənayesi Nazirliyinin yaradılması olub. Nazirliyin tabeliyinə verilmiş müdafiə sənayesi müəssisələrinin yenidən qurulması istiqamətində əməli işlər görülüb.

“ADEX 2104” sərgisinin dünyada sülhə və əməkdaşlığa xidmət edəcəyini deyən Yavər Camalov bildirib ki, 2016-cı ildə II Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək.

Konfransda çıxış edən Türkiyə Respublikası müdafiə sənayesi müsteşarı İsmail Demir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Biz bütün sahələrdə əməkdaşlıq edirik.

Onun sözlərinə görə, “soyuq müharibə”dən sonra ölkələr müasir silah-sursatdan ibarət hərbi komplekslərini yaratmağa, hər bir ölkə müstəqil şəkildə müdafiə sənayesi formalaşdırmağa çalışır. Çünki çətin, həlledici anlarda ölkələr bir-birilərinə inana bilmirlər. Müdafiə sənayesi güclü olmayan ölkələr isə böhran anlarında ciddi çətinliklərlə üzləşəcəklər.

İ.Demir qeyd edib ki, Türkiyədə hava qüvvələri, donanma, quru qoşunları sahəsində daha çox inkişaf platformaları yaradılıb, yeni məhsullar istehsal edilir, həmçinin elmi-tədqiqat sahələri inkişaf edir.

Türkiyənin müdafiə sənayesi məhsulları istehsal edən “MKEK” şirkətinin baş direktoru İzzet Artunc isə deyib ki, Azərbaycan müdafiə sənayesinin inkişafında əsas imkanlara malikdir. Müdafiə sənayesinin inkişafında əsas məsələ siyasi iradə, maliyyə gücü ilə bağlıdır və qardaş Azərbaycan bütün bunlara malikdir.

O vurğulayıb ki, “soyuq müharibə”dən sonra müharibə aparmaq konsepsiyaları dəyişib, informasiya müharibəsi başlayıb. İnformasiya texnologiyaları, məlumatın təhlili, silahların nəzarət altında saxlanılması üsulları inkişaf edib.

Sonra Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Richard Fontainenin, Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin və “Paramount Group” şirkətinin icraçı direktoru İvor İçikovitzin mövzu ilə bağlı məruzələri dinlənilib.

Məruzələr ətrafında fikir mübadiləsi aparılıb, dünyada baş verən münaqişələrdən və təhlükəsizlik məsələlərindən söz açılıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyi qeyd olunub.

Konfransda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin hazırladığı film nümayiş edilib.

Sonra jurnalistlərin və iştirakçıların sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək