Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Türk Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib [YENİLƏNİB] VİDEO

Bakı, 21 dekabr, AZƏRTAC

2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi 1,9 milyard dollar təşkil edib. Azərbaycan tərəfindən Türkiyəyə yatırılan investisiyaların məbləği 8 milyard dollar, Qazaxıstana isə 190 milyon dollar olub. Türkiyənin Azərbaycana investisiyaları 10 milyard ABŞ dolları, Qazaxıstanın isə ölkəmizə yatırdığı sərmayələr 67 milyon ABŞ dolları təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 21-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin VI görüşündə deyib.

Artıq 2-ci dəfədir ki, Bakıda təşkil olunan tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin (Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan) 50-dən çox nümayəndəsi iştirak edib.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında iqtisadi əlaqələrə, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş IX sammitində imzalanan Naxçıvan Sazişi ilə əsası qoyulmuş Türk Şurası çərçivəsində bu gün ölkələrimiz bütün sahələrdə, xüsusilə siyasi, ticarət, iqtisadi və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq edir, bir-birinə dəstək olurlar.

İqtisadiyyat nazirlərinin bugünkü görüşünün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə Toplantısına hazırlıq məqsədilə keçirildiyini xatırladan iqtisadiyyat naziri diqqətə çatdırıb ki, siyasi əlaqələrimizin güclənməsinə xidmət edən Parlament Assambleyası, üzv dövlətlər arasında əməkdaşlığın və anlaşmanın inkişafını təmin edən Ağsaqqallar Şurası, biznes dairələri arasında əməkdaşlıq platformasının yaradılmasına təkan verən Biznes Şurası, mədəni əlaqələrimizin inkişafına böyük töhfə verən TÜRKSOY kimi müxtəlif qurumlar ortaq din, dil və mədəni köklərə malik ölkələrimizin daha da yaxınlaşmasına geniş zəmin yaradır. Bundan başqa, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi təşəbbüslər mədəniyyətimiz, tariximiz və milli dəyərlərimizin beynəlxalq aləmdə tanınmasını təşviq edir.

Şahin Mustafayev ölkələrimiz arasında çoxşaxəli iqtisadi əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edib. Bu əlaqələrin inkişafı ölkələrimiz arasında yüksək səviyyəli siyasi münasibətlərlə bərabər, həm də müvafiq müqavilə-hüquq bazasının olmasından irəli gəlir. Türk Şurası çərçivəsində artıq investisiya təşviqi, investisiya mühiti, investisiya statistikası və kiçik və orta sahibkarlıq sahələri üzrə anlaşma memorandumları, ikitərəfli qaydada isə 300-dən çox sənəd imzalanıb. Bundan başqa, birgə hökumətlərarası komissiyalar, Türkiyə ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası və digər ikitərəfli qurumlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilir, mühüm qərarlar qəbul edilir.

Azərbaycanın türkdilli dövlətlərlə ticarət, investisiya əməkdaşlığının, iş adamları arasında əlaqələrin inkişafına və genişləndirilməsinə önəm verir. Bildirilib ki, 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türk Şurasının üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi 1,9 milyard dollar təşkil edib. Azərbaycan tərəfindən Türkiyəyə qoyulan investisiyaların məbləği 8 milyard dollar, Qazaxıstana isə 190 milyon dollar olub. Türkiyənin Azərbaycana investisiyaları 10 milyard ABŞ dolları, Qazaxıstanın isə ölkəmizə yatırdığı sərmayələr 67 milyon ABŞ dolları təşkil edir.

Azərbaycan və Qırğızıstan arasında da investisiya əməkdaşlığını genişləndirmək üçün imkanlar genişdir. Ümumilikdə, Türk Şurası ölkələrinin Azərbaycanda 2700-dən çox şirkəti fəaliyyət göstərir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli qaydada 300-dən çox tədbir keçirilib.

Nazir Şahin Mustafayev qeyd edib ki, yeni və strateji əhəmiyyət kəsb edən əməkdaşlıq istiqamətlərindən biri də ölkələrimizin tranzit potensialından səmərəli istifadə olunması ilə bağlıdır. Bu baxımdan dünya miqyasında ən böyük enerji layihələrindən olan "Cənub Qaz Dəhlizi" türkdilli ölkələr üçün geniş tranzit imkanları yaradır.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdıran Şahin Mustafayev Türk Şurası ölkələri ilə ticarət, investisiya, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, əgər Türkiyə, Qazaxıstan və ya Qırğızıstanın idxal etdiyi hər hansı məhsul Azərbaycanın ixrac məhsulları siyahısında mövcuddursa, həmin məhsullar Azərbaycandan idxal edilə bilər və ya əksinə. Qardaş ölkələr idxal etdikləri meyvə və tərəvəz və onlardan emal olunan məhsulları, çay, şəkər, şərablar və spirtli içkilər, kimya və sənaye məhsullarını Azərbaycandan ala bilər. Eyni zamanda, Azərbaycan öz idxalında türkdilli ölkələrdən ixrac olunan məhsullara üstünlük verə bilər. Ölkələrimizin bir-birinə qarşılıqlı investisiya yatırması üçün də böyük imkanlar var. Artıq Qazaxıstan və Türkiyə ilə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Koordinasiya Komitəsi çərçivəsində əməkdaşlıq edirik. Ölkələrimizdən keçən tranzit marşrutlarına üstünlük verilməsi və tranzit yükdaşımalarının həcminin artırılması üçün digər türkdilli ölkələrdə də oxşar addımlar atıla bilər. Turizmin inkişafı üçün də geniş imkanlar mövcuddur. Ölkələrimiz arasında turist axınının artırılması istiqamətində tədbirlər görülməsi üçün birgə şirkətlərin yaradılmasına, qarşılıqlı turizmin təşviq edilməsinə ehtiyac var.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci görüşün türkdilli dövlətlərin dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu, ölkələrimizin ortaq dilə, dinə və mədəniyyətə malik olduğunu qeyd edib. Nihat Zeybekci Türkiyə iqtisadiyyatı, üzv ölkələr arasında mövcud iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi imkanları barədə məlumat verib və bugünkü görüşün türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını bildirib. Nihat Zeybekci, həmçinin ticarət, turizm, gənclər, idman və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Aydar Arifxanov ölkəsinin şuranın fəaliyyətini dəstəklədiyini və qurumun ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətini qeyd edib. Qazaxıstanın iqtisadiyyatı, biznes və investisiya imkanları, nəqliyyat və tranzit potensialı barədə məlumat verən Aydar Arifxanov türkdilli ölkələri Qazaxıstanın tranzit imkanlarından faydalanmağa, ölkəsində birgə müəssisələr yaratmağa, ticarət əlaqələrini genişləndirməyə dəvət edib, Türk Şurasının əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli platforma olduğunu vurğulayıb.

Qırğızıstanın İqtisadiyyat Nazirliyinin stats-katibi xanım Ayday Kurmanova ölkəsinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında yaxından iştirak etdiyini, üzv ölkələrin birgə səyi nəticəsində əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib. Türk Şurası ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlıq, Qırğızıstan iqtisadiyyatı barədə məlumat verən xanım Ayday Kurmanova türkdilli ölkələrin Qırğızıstana investisiya yatırdığını, iqtisadiyyatın müxtəlif sahələrində iştirak etdiklərini bildirib. Ayday Kurmanova bugünkü görüşün türkdilli ölkələr arasında əlaqələrin dərinləşdirilməsinə imkan yaratdığını diqqətə çatdırıb.

Türk Şurasının Baş katibi Ramil Həsənov çıxışında təşkilatın fəaliyyəti, görülən işlər barədə məlumat verib, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə dair təkliflər səsləndirib. Qeyd olunub ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Azərbaycanın Ələt və Qazaxıstanın Aktau limanlarının genişləndirilməsi türkdilli ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin, tranzit əməkdaşlığının genişləndirilməsinə imkan verəcək. Ramil Həsənov şuranın portalının səmərəliliyinin artırılmasına, biznes-forumların və digər tədbirlərin keçirilməsinə dair təkliflər səsləndirib.

Sonra Türk Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunda bir gün əvvəl müzakirə edilən məsələlər barədə nazirlərə məlumat verilib, müzakirələr aparılıb, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin VI görüşünün yekununa dair Protokol imzalanıb.

Bakıda Türk Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək