Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda "Sevdiyim" layihəsinin təqdimatı olub YENİLƏNİB VİDEO

Bakı, 11 may, AZƏRTAC

Mayın 11-də Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

ASAN Radionun direktoru Emin Musəvi tədbiri açaraq layihə haqqında məlumat verib. Bildirib ki, "Sevdiyim" layihəsi "ASAN xidmət", "ASAN Könüllüləri" Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə reallaşıb. Layihənin məqsədi tarixi ənənələrin qorunması və təbliği, milli mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsidir. Layihə çərçivəsində görkəmli şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş "Sevdiyim" şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip ərsəyə gəlib. Əsərin bəstəkarı və ifaçısı Əməkdar Artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.

Mərasimdə çıxış edən Prezidentin köməkçisi Fuad Ələsgərov deyib ki, bugünkü tədbir iki mötəbər hadisə - ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyləri münasibətilə keçirilir. Bu gün həm də artıq qeyd edildiyi kimi, Azərbaycanın dövlət bayrağına həsr olunmuş klipin təqdimatında iştirak edirik. Müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı dövlət rəmzi kimi ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918-ci il noyabrın 9-da təsdiq edilib. Təəssüflər olsun ki, bu bayraq yalnız 23 ay Xalq Cümhuriyyətinin üzərində dalğalana bildi. Lakin Cümhuriyyətin süqut etməsinə baxmayaraq, Azərbaycan xalqı müstəqillik bayrağımızı daim öz qəlbində yaşadıb və 70 il sonra ona bir daha sahib çıxıb. 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Həmin gün dövlət bayrağımız sessiyaya gətirildi və muxtar respublikanın Ali Məclisində ucaldıldı. Bu, çox cəsarətli və fədakar addım idi. Çünki o zaman Azərbaycan hələ də Sovet İttifaqının tərkib hissəsi idi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizim müstəqilliyə gedən yolumuz məhz həmin gündən başlamışdır.

Fuad Ələsgərov qeyd edib ki, ümummilli lider Heydər Əliyev üçrəngli bayrağımıza sadəcə dövlət rəmzi kimi yox, dünya azərbaycanlılarını birləşdirən simvol kimi dəyər verirdi. O deyirdi: “Kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını, işğal edilmiş torpaqlarının azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Üçrəngli bayrağımızın Azərbaycan dövləti tərəfindən təsdiq edilməsi barədə məsələ də Azərbaycanın Ali Soveti qarşısında məhz Ümummilli Liderimiz tərəfindən qaldırılmışdı. Yalnız bundan sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı dövlət bayrağı elan etdi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlətimizin başçısı 2007-ci il noyabrın 17-də “Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalayıb və 2010-cu il sentyabrın 1-də dünyanın ən hündür bayrağının ucaldığı Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Prezidentinin üçrəngli bayrağımız barədə fəxrlə dediyi sözlər hamımızın yaddaşına həkk olunub. O xüsusilə deyib: “Bizim bayrağımız qürur mənbəyimiz, canımız, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaq. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Fuad Ələsgərov deyib ki, artıq 28 ildir üçrəngli bayrağımız enmədən başımız üzərində dalğalanır. Ümummilli Liderimizin dəfələrlə dediyi kimi, Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o, bizim dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Qürur hissi ilə deyə bilərik ki, bu gün bu bayraq adi dövlətin deyil, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlər vermiş, dünyaya özünü tanıda bilmiş, güclü iqtisadiyyat qurmuş, regionda aparıcı qüvvəyə çevrilmiş dövlətin bayrağıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanı görsəydilər, fəxr edərdilər. Bu nailiyyətlərin əldə edilməsinə görə Azərbaycan xalqı, əlbəttə ki, ilk növbədə, müasir dövlətimizin qurucusu olan ulu öndər Heydər Əliyevə borcludur. Öz ömrünü Azərbaycan dövləti və xalqının inkişafına həsr etmiş bu dahi insanın Azərbaycan tarixində rolu əvəzsizdir. Heydər Əliyev şəxsiyyəti bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir. 1969-cu ildə Ümummilli Lider Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqında ən geridə qalmış respublikalardan biri kimi tanınırdı. Lakin onun 13 illik rəhbərliyi dövründə Azərbaycan Sovet İttifaqının ən inkişaf etmiş və qabaqcıl respublikalarından birinə çevrildi. 1993-cü ildə isə Ulu Öndərin qarşısında daha çətin vəzifələr dururdu. Azərbaycan demək olar ki, öz müstəqilliyini itirmək ərəfəsində idi. Ölkə parçalanırdı, idarəolunmaz vəziyyət yaranmışdı. İqtisadiyyat tənəzzülə uğramışdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı bir daha öz müdrikliyini göstərərək Ulu Öndərə üz tutdu və onu ölkəyə rəhbərlik etməyə çağırdı. Bu, müasir tariximizin həlledici dönüş nöqtəsi oldu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi on il ərzində ölkəmiz böyük və uğurlu inkişaf yolu keçib. Azərbaycanda siyasi sabitlik təmin edilib, dövlət quruculuğu prosesi uğurla aparılıb, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilib. Köklü siyasi islahatlarla yanaşı, iqtisadi-sosial sahədə böyük layihələr həyata keçirilib, ölkəyə irihəcmli investisiyalar cəlb edilib. Bu gün Ulu Öndərin siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Liderin qoyduğu təməllər üzərində güclü dövlət qurulub. Azərbaycanda siyasi sabitlik hökm sürür, iqtisadiyyat inkişaf edir və müstəqil xarici siyasət aparılır. Üçrəngli bayrağımız BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların üzərində dalğalanır.

Diqqətə çatdırılıb ki, müasir Azərbaycanın əldə etdiyi əsas uğurlardan biri də güclü ordunun yaradılmasıdır. Hazırda Azərbaycan Ordusu müasir silahlarla təchiz edilmiş, yüksək döyüş hazırlığına malik, Ali Baş Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir, qüvvətli bir ordudur. Bu ordu öz gücünü 2016-cı ilin Aprel döyüşlərində göstərdi və üçrəngli bayrağımızı düşməndən azad edilmiş torpaqlarda ucaltdı. Əminik ki, çox yaxın zamanlarda, Azərbaycanın dahi dramaturqu və şairi Cəfər Cabbarlının sözləri ilə desək, “yaşıl donlu, mavi gözlü, al yanaqlı” bayrağımız Şuşada, bütün Qarabağda dalğalanacaq.

Prezidentin köməkçisi Azərbaycanın dövlət bayrağına həsr edilmiş bu gözəl layihənin ərsəyə gəlməsində xidməti olmuş “ASAN xidmət”ə, “ASAN könüllüləri”nə, ASAN Radioya, klipin bütün yaradıcı heyətinə təşəkkür edib. Bildirib ki, bu əsər Azərbaycan xalqının üçrəngli bayrağına bir əsrlik sadiqliyini, bağlılığını və hörmətini nümayiş etdirir.

Sonra mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək layihənin əhəmiyyəti haqqında danışıb. Bu günlərdə dünya azərbaycanlılarının ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyini geniş şəkildə qeyd etdiyini söyləyən nazir Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O deyib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Vətəninə və xalqına əvəzsiz xidmətləri ilə əbədilik qazanmış ümummilli lideri – Heydər Əliyevi var. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. Ümummilli Lider Azərbaycanı məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir. Onun Azərbaycana rəhbərliyinin hər iki dövründə gördüyü misilsiz işlər heç vaxt unudulmayacaq. Ulu Öndər dövlət rəmzlərini, xüsusən, dövlət bayrağını həmişə diqqət mərkəzində saxlayıb. O, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə, xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu. Bu gün Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət, irəli sürdüyü hər bir təşəbbüs ölkəmizi daha da inkişaf etdirir, daha parlaq gələcəyə aparır.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 2018-ci il ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisələrlə zəngindir. Prezident seçkiləri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin, ordumuzun, parlamentimizin 100 illik yubileyləri bu mühüm tədbirlərdəndir. Azərbaycan son 100 ildə çox çətin tarixi proseslərdən keçərək hazırda öz tarixinin ən şanlı səhifələrini yaşayır. Ümummilli Liderimizin uzaqgörənliyi, müdrikliyi və əzmkarlığı nəticəsində Azərbaycanın müstəqilliyi əbədi və sarsılmaz olub. Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycanın müstəqil olmasına yönəlmişdi. Onun hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etməsi, sonradan SSRİ-nin əsas rəhbərlərindən olaraq gördüyü işlər müstəqil dövlətimizin qurulması üçün əsaslar yaratmışdı. O zaman aparılmış ciddi iqtisadi islahatlar, kadr islahatları, ən əsası gənclərimizin təhsil almaq üçün xaricə göndərilməsi xüsusilə qeyd edilməlidir. Ulu öndər Heydər Əliyev gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məsələsini daim diqqətdə saxlayırdı. Onun yalnız dahilərə məxsus diqqəti, yaddaşı, təfəkkürü, hadisələri və faktları təhlil etmək bacarığı hamımız üçün böyük bir məktəbdir. Çox xoşbəxtik ki, Ümummilli Liderin siyasəti bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib. Bu gün Azərbaycan dünyada hörmətlə və ehtiramla qarşılanan dövlətlərdəndir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, Ulu Öndərimizin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi önəmli hadisələrdir. Bu gün Ulu Öndəri və Azərbaycan Xalq Cümhuriyyətini birləşdirən bir çox məqamlar var. Bu məqamlardan ən əsası isə üçrəngli Azərbaycan bayrağıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ilk dəfə üçrəngli bayrağımız təsis olundu, lakin cəmi 23 ay müddətində yaşaya bildi. Amma Ulu Öndər Heydər Əliyev əsrin sonunda həmin üçrəngli bayrağı bir daha enməmək şərti ilə ucaltdı. Ona görə də bu bayraq əslində Ulu Öndər və Cümhuriyyət kimi tarixi hadisələri birləşdirən rəmzi bir nüansdır.

Sonra "Sevdiyim" şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip təqdim edilib.

Əməkdar Artist Tünzalə Ağayeva kliplə bağlı təəssüratlarını bölüşüb. O deyib: “Biz xoşbəxt xalqıq ki, müstəqilliyimizin 100 yaşını qeyd edirik. Bu gün biz həm də Ulu Öndərimizin 95 illiyini qeyd edirik. Ümummilli Liderimizin əziz xatirəsi həmişə qəlbimizdədir və onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri bizə ruh verir”.

Klipin rejissoru Ülviyyə Könül belə mühüm bir layihədə iştirak etməkdən qürur duyduğunu söyləyib.

Tədbir konsert proqramı ilə davam edib.

Bakıda "Sevdiyim" layihəsinin təqdimatı olub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib