MƏDƏNİYYƏT
Bakıda almanların Azərbaycanda məskunlaşmasını əks etdirən sərgi açılıb VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
“Kapellhaus” Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində “Sərhədlərin silinməsi. Almanlar Vürttemberq və Qafqaz arasında vətən axtarışında” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Almaniyanın ölkəmizdəki səfirliyi, “EuroKauk Asia” mədəni və elm birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin getdikcə inkişaf etdiyini diqqətə çatdırıb. Sərginin əhəmiyyəti ilə bağlı fikirlərini bildirən səfir burada təqdim olunan əsərlərin tarixi baxımdan dəyərli olduğunu vurğulayıb. Eyni zamanda, sərginin Azərbaycanın bölgələri ilə tanışlıq baxımdan önəmini də qeyd edib.
Sonra digər çıxış edənlər sərgidə təqdim olunan əsərləri yüksək qiymətləndiriblər.
Almanların Azərbaycanda məskunlaşmasını özündə əks etdirən banerlərdən ibarət sərgi oktyabrın 19-dək davam edəcək.