İDMAN


Bakıda batut gimnastikası üzrə dünya çempionatı davam edir

Bakı, 19 noyabr, AZƏRTAC

Bakıda batut gimnastikası üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə kişilər və qadınlar arasında ikili mini-batut, tamblinq və batut gimnastikası üzrə komanda yarışlarının finalı təşkil olunacaq. Həmçinin sinxron tullanışlar üzrə təsnifat yarışları keçiriləcək.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.