Bakıda ədəbi müsabiqənin qalibləri mükafatlandırılıb
AzerTAg.az
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “2022-ci ilin kitabları və yubilyar yazıçıları” ədəbi-musiqi layihəsi çərçivəsində keçirilən müsabiqənin iştirakçıları mükafatlandırılıb. Layihə Rusiyanın Azərbaycandakı səfirliyi, Bakıdakı Rus Evi, Azərbaycanın Elm və Təhsil Nazirliyi, Azərbaycanın Rus İcması və Rusdilli təhsil müəssisələrinin müəllimləri Assosiasiyası tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqədə Azərbaycanın müxtəlif regionlarından 200-dən çox məktəbli iştirak edib. Azərbaycanda onuncu dəfə keçirilən müsabiqənin şüarı "Çox danışan deyil, çox bilən insan ağıllı hesab olunur" atalar sözü olub. Bu il müsabiqə iki əlamətdar tarix – Qarabağ xanlığının birinci vəziri, Azərbaycanın məşhur siyasi və ictimai xadimi, şair Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi və sonuncu Qarabağ xanının qızı, şairə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunub.
Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov bütün məktəbliləri təbrik edərək, qeyd edib ki, bu cür müsabiqələrdə iştirak uşaqlar üçün intellektual imkanlarının inkişafına böyük töhfə olacaq. Təşkilatçılara təşəkkür edərək, diplomat bu cür layihələrin Azərbaycanda daha tez-tez keçiriləcəyinə ümid etdiyini bildirib.
Öz növbəsində Milli Məclisin deputatı, Rus icmasının sədri Mixail Zabelin qeyd edib ki, Prezident İlham Əliyevin sayəsində Azərbaycanda rus dilinə yaxşı münasibət və dəstək hiss olunur, o, müəllimlərə çox dəyərli əməklərinə görə minnətdar olduğunu bildirib.
Daha sonra “2022-ci ilin kitabları və yubilyar yazıçıları” layihəsinin iştirakçılarının mükafatlandırılması keçirilib. Müəllimlər və münsiflər heyətinə fərman və xatirə hədiyyələri təqdim edilib.













Xəbərin mətnində orfoqrafik səhv var