MƏDƏNİYYƏT


Bakıda görkəmli şair Süleyman Stalskinin 150 illiyi qeyd ediləcək

Bakı, 11 oktyabr, AZƏRTAC

Bu il Dağıstan poeziyasının görkəmli nümayəndələrindən biri, Maksim Qorkinin “XX əsrin Homeri” adlandırdığı Süleyman Stalskinin anadan olmasının 150 illiyi tamam olur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktyabrın 15-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi və “Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzi ilə “Samur” qəzeti redaksiyasının təşkilatçılığı ilə böyük şairin anadan olmasının 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək.

Dağıstanın ilk Xalq şairi Süleyman Stalskinin əsərləri keçmiş SSRİ xalqlarının, həmçinin dünyanın yüzdən çox ölkəsinin dillərinə tərcümə olunub. Bu il Rusiya Federasiyasında, o cümlədən Dağıstan Respublikasında şairin 150 illik yubileyi təntənə ilə qeyd edilir.

Dağıstan və ləzgi ədəbiyyatı xəzinəsinə qiymətli əsərlər bəxş etmiş bu şəxsiyyət çoxları üçün yüksək insani dəyərlər və mənəvi zənginlik rəmzi olub. O, özünün ana dili olan ləzgi dilində yazdığı kimi, bir sıra şeirlərini qardaş Azərbaycan xalqının dilində yaradıb. Onun Azərbaycan və Dağıstan xalqlarının dostluğunu tərənnüm edən şeirləri əvəzsiz poeziya nümunələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.