İDMAN


Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təbliğat videoçarxı təqdim olunub

Bakı, 4 sentyabr, AZƏRTAC

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təbliğat videoçarxı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytında yerləşdirilən videoda böyük enerji resurslarına və zəngin mədəniyyətə malik Azərbaycanın Odlar Yurdu və cüdonun geniş inkişaf etdiyi ölkə olduğu qeyd edilib.

“Cüdo ulduzları sentyabrda Azərbaycanda ilin ən böyük idman tədbiri sayılan dünya çempionatında qarşılaşa bilərlər. Bizə qoşulun ki, cüdoçuların idman dəyərlərindən necə dərs aldıqlarını, “Odlar Yurdu”nun həm də cüdo yurdu olduğunu görəsiniz”, - deyə videoçarxda vurğulanır.

Cüdo üzrə dünya çempionatı sentyabrın 20-27-də Milli Gimnastika Arenasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.