CƏMİYYƏT


Bakıda mağazalardan oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 28 mart, AZƏRTAC

Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonunda iki mağazadan pul, 40 manat dəyərində danışıq kartları və 5 min manat dəyərində tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Martın 23-də Nərimanov rayonu ərazisindəki mağazaların birindən 104 manat məbləğində pul, 1000 manat dəyərində tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Abdullayev isə Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Onun bir metal qəbulu məntəqəsindən 2945 manat dəyərində metal qırıntıları oğurlaması da müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.