CƏMİYYƏT
Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıblar
Bakı, 25 iyun, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri 1994-cü il təvəllüdlü Amil Orucov və 1995-ci il təvəllüdlü Əlihüseyn Hüseynov saxlanılıb.
A.Orucovdan çəkisi axtarış zamanı 1 kiloqram 9 qram heroin, Ə. Hüseynovdan isə 10 qram heroin və 183 qram metamfetamin aşkarlanaraq götürülüb. Onlar ifadələrində narkotik vasitələri satmaq məqsədilə şəxsiyyəti istintaqa hələ məlum olmayan bir nəfərdən aldıqlarını bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Həmin şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.