CƏMİYYƏT


Bakıda şimal-qərb küləyi saniyədə 23 metrədək güclənib

Bakı, 19 sentyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 19-u saat 18:00-a olan məlumatına əsasən, şimal-qərb küləyi arabir Naftalanda 24, Tərtər, Xaçmazda 20, Göyçay, Xaçmaz, Bərdədə 18, Mingəçevirdə 17, Şəkidə 15 metr/saniyəyədək güclənib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, şimal-qərb küləyinin sürəti Bakıda saniyədə 23, Qum adası, Ələtdə 20, Neft Daşlarında 19, Binədə 17, Pirallahıda 15 metr olub.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,7 metrə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.