MƏDƏNİYYƏT


Bakıdakı Rus evində Georgi Çernoqorov və Firuz Məmmədovun yaradıcılıq gecəsi keçirilib

Bakı, 26 may, AZƏRTAC

Bakıdakı Rus evində incəsənət dünyasının iki istedadlı nümayəndəsi - Georgi Çernoqorov və Firuz Məmmədovun yaradıcılıq gecəsi keçirilib.

Georgi Çernoqorov Bakı müəllif mahnısı Klubunun ağsaqqallarından biri, istedadlı gitara ifaçısı, vokalçı, şair və bəstəkardır. Firuz Məmmədov isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorudur.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı müəllif mahnısı Klubunun vitse-prezidenti Vəfa Məmmədova-Qavrilova, istedadlı gənc şair Səidə Sübhi, musiqiçi Aleksandr Kalaşnikov, Çernoqorovun və Məmmədovun pərəstişkarı Zarema Manafova tədbirin səbəbkarlarını musiqi və rəqs hədiyyələri ilə təbrik ediblər. Zarema Manafova pasodobl ifa edib.

Gecənin qonaqları arasında diplomatik korpus, ziyalıların nümayəndələri və həmvətənlər olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.