İDMAN


Bakının "Sabah" klubu belaruslu qapıçı ilə müqavilə imzalayıb

Bakı, 19 yanvar, AZƏRTAC

Bakının "Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Bakı təmsilçisi belaruslu qapıçı Aleksandr Neçayevi transfer edib.

İyirmi səkkiz yaşlı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, A.Neçayev karyerası ərzində Belarusun “Dinamo”, “Atlant”, “Lida” və “Rux” komandalarında çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.