CƏMİYYƏT


Balakəndə bələdiyyə sədrinə qarşı cinayət işi başlanıb

Balakəndə bələdiyyə sədrinə qarşı cinayət işi başlanıb

Bakı, 30 yanvar, AZƏRTAC

Balakən rayon Qullar bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırma zamanı Ramazan Ömərovun Qullar bələdiyyəsinin sədri işlədiyi müddətdə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.