“Bank Standard”ın balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq
AzerTAg.az

Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 19-u saat 11:00-da “Xəzəryanı ixtisaslaşdırılmış hərrac mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Bank Standard” QSC Kommersiya Bankının balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllə, ev 15 ünvanında istifadədə olan 0,05382 hektar torpaq sahəsində yerləşən (ü/s 54.90 kvadratmetr) olan 22 saylı mənzildir. Daşınmaz əmlakın ilkin satış qiyməti 219 min 600 manatdır.
Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına alış qiyməti isə 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 89, mən 1. Tel: (+994 12) 511-00-94; Mob: (+994 70) 311-00-94
Xəbərin mətnində orfoqrafik səhv var