Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bariatrik cərrahiyyə piylənmədən əziyyət çəkənlərə yeni həyat tərzi bəxş edir

Bariatrik cərrahiyyə piylənmədən əziyyət çəkənlərə yeni həyat tərzi bəxş edir

Bakı, 24 fevral, Günel Məlikova, AZƏRTAC

Uzun və sağlam ömrün təminatı ilk növbədə düzgün həyat tərzi, fiziki aktivlik, rasional qidalanma və zərərli vərdişlərdən uzaq olmaqdır. Bunlara əməl etdikdə sağlam həyatı təmin etmiş oluruq.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, tibb elmləri namizədi Elçin Abdinov bildirib.

Cərrah deyib: “Piylənmə günümüzün xəstəliyidir. Bu xəstəlik dünya əhalisi arasında sürətlə yayılmaqdadır. Statistik hesablamalara əsasən dünya əhalisinin təxmini 30 faizi (hər on nəfərdən üçü) patoloji piylənmədən, 50 faizə yaxını isə artıq çəkidən əziyyət çəkir. Piylənmənin əsas səbəbləri qidalanma qaydalarının kobud şəkildə pozulması, yüksək kalorili qidaların həddindən artıq qəbul olunması və qidalarla qəbul olunan kalorinin sərf olunmamasıdır. Bu kalorilər yağlar şəklində piy toxumasında toplanır və piylənməyə səbəb olur. Piylənmə həddi keçildikdə isə geri dönmək, çəkini tənzimləməyə çalışmaq, normal həyata geri dönmək artıq gec və çox zaman da mümkünsüz olur. Zaman keçdikcə isə piylənmə bədənin bütün orqanlarına öz təsirini göstərir ki, bu da müxtəlif fəsadlarla nəticələnir. Artıq çəki adətən kosmetik problem kimi görünür. Lakin bu xəstəliyin görünməyən tərəfləri qaraciyər piylənməsi, dayaq hərəkət sistemi xəstəlikləri, şəkərli diabet, depressiya, arterial hipertoniya kimi bir sıra başqa ağır xəstəliklərdir. Bundan əlavə qeyd etmək istərdim ki, piylənmə xərçəng və qəfləti ölüm riskini də artırır. Eyni yaş qrupundan olan insanlar arasında aparılan hesablamalara əsasən piylənmədən əziyyət çəkənlər digər həmyaşıdlarına nisbətən 30 faiz daha qısa ömür sürürlər.

Piylənmənin müalicəsində tətbiq olunan konservativ metodlar öz effektivliyini göstərsə də, çox zaman alınan nəticə çox qısamüddətli olur. Belə olan halda bariatrik cərrahi müdaxiləyə ehtiyac duyulur.

Bariatrik cərrahiyyə artıq çəkiyə qarşı cərrahi yolla olunan müdaxilədir. ABŞ-ın qabaqcıl klinikalarında aparılan tədqiqatlara əsasən statistik göstəricilər birmənalı şəkildə sübut edir ki, patoloji piylənmənin müasir dövrdə yeganə, effektli və uzunmüddətli müalicə metodu bariatrik cərrahiyyədir.

Bu əməliyyat dünyada XX əsrin 50-ci illərindən icra olunmağa başlasa da, texniki çətinliklər səbəbindən öz tətbiqini tapmayıb. Son dövrlərdə isə laparoskopik cərrahiyyənin tətbiqi ilə əlaqədar olaraq bu sahə sürətlə inkişaf etməyə başlayıb. Bu sahənin “laboratoriyası” sayılan ABŞ-da il ərzində təxmini 600 minə yaxın bariatrik cərrahiyyə əməliyyatı həyata keçirilir.

Bariatrik cərrahiyyə ölkəmizdə son dörd-beş ildə inkişaf etməyə başlayıb və bizim üçün yeni bir sahədir. Əməliyyatların nəticələri 1-1.5 ildən sonra özünü göstərir. Dörd il öncə əməliyyat olunmuş xəstələrin statistik təhlilini apardıqda bu cərrahi üsulun özünü doğrultduğu bəlli olur. Bariatrik cərrahiyyənin əsas məqsədi həzm sisteminin normal anatomik quruluşuna müəyyən dəyişikliklər etməklə qəbul olunan qidanın həcmini və sorulmasını azaltmaqdır.

Ümumilikdə 7-8 bariatrik cərrahiyyə növü mövcuddur. Bunların 60-70 faizi mədənin boruvari kiçiltmə əməliyyatının payına düşür. Bu əməliyyatla 2-2.5 litr həcmə bərabər mədə kiçildilərək boru şəklində 150-200 millilitr həcmə salınır. Bu zaman iki mexanizm öz təsirini göstərməyə başlayır. Birinci mexanizmə əsasən qəbul olunan qida mədəni tez doldurur, sinir impulsları beyinə daha tez doyma siqnalları verir və qida qəbulu dayandırılır. Digər təsir mexanizmi isə mədədə ifraz olunan grelin (iştaha) hormonudur ki, əməliyyat zamanı bunun da böyük bir hissəsi bədəndən xaric edilir. Bununla da iştaha üzərində nəzarət tənzimlənir. Əməliyyatdan sonra pasiyentlər az qida qəbul edərək tez doyur, iştahalarını tənzimləyə bilir və bununla da çəki itirilməsinə müvəffəq olurlar. Belə ki, arıqlama müddəti ərzində pasiyentlər artıq çəkilərinin 70-80 faizini itirirlər.

Bariatrik cərrahiyyənin fəsadlarına gəldikdə isə hər bir əməliyyatda olduğu kimi bunlar qanaxma, tikiş tutarsızlığı və digər ağırlaşmalardır. Bu əməliyyatın ağırlaşmaları sadə bir öd kisəsi əməliyyatında baş verə biləcək fəsadlarla müqayisə edilir. Hesablamalara əsasən bu əməliyyatlarda təxmini hər min xəstədən biri və ya ikisində fəsadlar qeydə alınır.

Əməliyyatın uzaq nəticələri isə insanın özündən asılıdır desək, daha doğru olar. Belə ki, qidalanma tərzi, fiziki hərəkət və pis vərdişlərdən uzaq olmaq hər bir kəsin özündən asılıdır.

Onu da qeyd edim ki, bu əməliyyat hər bir şəxsə icra olunmur. İlk növbədə mövcud beynəlxalq standartlar və xəstənin ümumi vəziyyəti əsas götürülür. Mənim fikrimcə, bu əməliyyat piylənmədən əziyyət çəkənlərə bir növ yeni həyat tərzi bəxş edir”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY