CƏMİYYƏT


Baş konsul: Türkiyədə təbii fəlakət nəticəsində dünyasını dəyişən vətəndaşımızın cənazəsinin Vətənə göndərilməsi üçün bütün tədbirlər görülür

Ankara, 1 iyul, AZƏRTAC

Türkiyənin Arvin vilayətində uçqun nəticəsində dünyasını dəyişən Azərbaycan Respublikası vətəndaşı Şahmar Kərimovun cənazəsinin ən qısa zamanda Vətənə göndərilməsi üçün bütün tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulu Nuru Quliyev bildirib.

Baş konsul deyib ki, hazırda mərhumun yaxın qohumları ilə əlaqə saxlanılıb. Cənazənin daha münasib istiqamətdən ölkəmizə göndərilməsi üçün aidiyyəti qaydada işlər aparılır.

Xatırladaq ki, Artvin vilayətinin Qara dəniz sahil yolunda yerləşəm Hopa-Kamalpaşa şosesinin 25-ci kilometrliyində uçqun nəticəsində nəhəng qayalar 4 ağır tonnajlı maşının üstünə düşüb. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.

Hazırda təbii fəlakət bölgəsində nəqliyyatın hərəkəti dayandırılıb. Bərpa işləri üçün əraziyə qüvvələr cəlb olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.