İDMAN


“Bayer” futbolçusunu “Real”a 80 milyon avroya satmaqdan imtina edib

Bakı, 5 iyun, AZƏRTAC

“Bayer” futbolçusu Kay Havertzi “Real”a 80 milyon avroya satmaqdan imtina edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Madrid klubu alman futbolçunun növbəti mövsüm Leverkuzen təmsilçisində icarədə qalması şərti ilə onun üçün 80 milyon avro təklif edib. Klub isə futbolçusunun satışından 100 milyon avro qazanmaq istəyir. K.Havetz ilə “Mançester Yunayted”in də maraqlandığı bildirilib.

Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi bu mövsüm 37 matçda 15 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.