İDMAN


Bədii gimnastlar 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində güclərini sınayacaqlar

Bakı, 16 iyul, AZƏRTAC

İsti yay günlərində Milli Gimnastika Arenası növbəti milli yarışa hazırlaşaraq, öz qapılarını bədii gimnastların üzünə açacaq. Belə ki, ən zərif gimnastika növünün nümayəndələri avqustun 10-12-də bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində güclərini sınayacaqlar.

AZƏRTAC xəbər verir ki, fərdi gimnastlar 2002-2010-cu il təvəllüdlü və daha böyük, qrup komandaları isə 2008-2010-cu və 2006-2007-ci il təvəllüdlü yaş kateqoriyasında mübarizə aparacaqlar.

Qaliblər fərdi gimnastlar arasında çoxnövçülük xalına görə, qrup hərəkətləri komandalarında ayrı-ayrı alətlərdə çıxışlarına görə və komanda hesabında müəyyənləşəcək.

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq.

Yarışlara biletləri arenanın kassasından əldə etmək mümkündür. Biletlərin qiyməti 5 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.