MƏDƏNİYYƏT


Belarusda rəssam Nailə Qəndilovanın Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri təqdim edilib

Minsk, 2 mart, AZƏRTAC

Rəssam Nailə Qəndilova Belarusda Xocalı soyqırımına həsr olunmuş rəsm əsərini təqdim edib.

Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, rəssam yeni yaradılmış “Fəlakətdən keçib qalib gəlmək” əsərini izah edərkən qeyd edir ki, bu yalnız güclü ruha və iradəyə malik olan xalqlara aiddir və Azərbaycan xalqı da öz timsalında bunu bütün dünyaya sübut etdi.

“Azərbaycan xalqı uzun illərdən sonra ilk dəfə işğal olunmuş əraziləri azad etdikdən sonra Xocalı soyqırımını qeyd edirdi. Ona görə də keçirdiyimiz müsibətləri günbəgün xatırlayır, bir tərəfdən xalqımızın və Xocalının acıları bizi kövrəldir, digər tərəfdən isə şəhidlərimizin qanının yerdə qalmamasından, torpaqlarımızın işğaldan azad olunmasından fərəh hissi keçirirdik. Vətən o zaman var ki, onun torpağını göz yaşları ilə suvaran və qorumağa hazır olan ərləri var. Torpaq uğrunda ölən varsa, Vətəndir”, - deyə Nailə Qəndilova əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.