İDMAN


Belaruslu tennisçilər: Finala çıxmağımızda Bakının da payı var

Bakı, 26 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC

XV Avropa Gənclər Yay Olimpiya Festivalının sonuna gəldik. Bu gün komanda yarışlarında final oyunu üçün korta çıxacağıq. Finala qədər gəlmək o qədər də asan olmadı. Festivala güclü tennisçilər qatılıblar. Finalda Rusiya komandası ilə qarşılaşacağıq. Çətin olacaq, amma Bakıdan ölkəmizə çempion olaraq geri dönmək istəyirik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis yarışlarının komanda oyununda finala çıxan belaruslu tennisçilər Evialina Laskeviç və Mariya Stsetseviç deyiblər.

İdmançılar XV Avropa Gənclər Yay Olimpiya Festivalının bu günə qədər iştirak etdikləri ən yaddaqalan beynəlxalq yarış olduğunu diqqətə çatdırıblar.

“Festivalın Bakıda keçirilməsindən çox zövq aldıq. Yarışlar gözəl təşkil olunmuşdu, məşqlər üçün idmançılara hər cür şərait yaradılmışdı. Finala çıxmağımızda Bakının da öz payı var”, - deyə belaruslu tennisçilər vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.